...

İran diri heyvan idxalına icazə verib

Dünya xəbərləri Materials 17 Yanvar 2019 06:27 (UTC +04:00)
İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.
İran diri heyvan idxalına icazə verib

Bakı. Elnur Bağışov - Trend:

İranın Baytarlıq Təşkilatı ölkənin ət və ət məhsullarına tələbatını təmin etmək üçün diri heyvan idxalına icazə verib.

Trend-in məlumatına görə, bunu İranın kənd təsərrüfatı nazirinin müavini və Baytarlıq Təşkilatının sədri Əlirza Rəfiipur deyib.

Onun sözlərinə görə, İranın bir ildə ətə ehtiyacı 100-150 min tondur. Yerli istehsal isə istehlaka cavab vermir.

Rəfiipur əlavə edib ki, bu istiqamətdə Avstraliya, Yeni Zelandiya və Braziliya kimi ölkələrdən xırdabuynuzlu heyvanların (qoyun və keçi) idxalı nəzərdə tutulub:

“İrana diri heyvan idxalı yeni layihədir. Bu layihənin icrası ticarət və iqtisadiyyat baxımından Buşehr vilayətinə böyük köməklik göstərə bilər”.

Nazir müavininin sözlərinə görə, qısa müddət ərzində 5 min baş xırdabuynuzlu heyvan Rumıniyadan təyyarə ilə İranın Əlborz vilayətinin Kərəc şəhərinə idxal ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti