...

Nigeriyada 26 nəfər silahlı hücumların qubanı olub

Dünya xəbərləri Materials 6 Fevral 2019 06:18 (UTC +04:00)
Nigeriyanın Zamfara ştatında silahlılar kəndlərə hücum edib
Nigeriyada 26 nəfər silahlı hücumların qubanı olub

Bakı. Trend:

Nigeriyanın Zamfara ştatında silahlılar kəndlərə hücum edib.

Trend-in məlumatına görə, Qusao rayonunda baş vermiş silahlı hücum nəticəsində 15 nəfər həlak olub, silahlılar 6 qadın və 1 kişini girov götürüblər.

Polis nümayəndəsi Məhəmməd Şehu bildirib ki, girov götürülənlər daha sonra azad edilib.

Digər silahlı hücum Bakkuium rayonunda baş verib. Silahlılar 11 nəfəri qətlə yetirib və yaşayış evlərini yandırıblar.

Xəbər lenti

Xəbər lenti