...

Kaliforniyada sürücü avtomobili insanların üzərinə sürüb - 10 yaralı

Dünya xəbərləri Materials 11 Fevral 2019 11:48 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında sürücü avtomobili insanların üzərinə sürüb
Kaliforniyada sürücü avtomobili insanların üzərinə sürüb - 10 yaralı

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında sürücü avtomobili insanların üzərinə sürüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.

Qeyd olunur ki, “Toyota” markalı avtomobil insanları vurduqdan ağaca çırpılıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bundan başqa, daha 3 avtomobil də ziyan çəkib.

Araşdırma nəticəsində məlum olub ki, 22 yaşlı sürücü avtomobili narkotik vasitələrin təsiri altında idarə edib. Sürücü polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti