...

"Lassa" qızdırması ilə bağlı XƏBƏRDARLIQ! Yayıcısı sıçovullardır

Dünya xəbərləri Materials 21 Fevral 2019 09:02 (UTC +04:00)
Rusiya Nigeriyada "Lassa" qızdırmasının yayılması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.
"Lassa" qızdırması ilə bağlı XƏBƏRDARLIQ! Yayıcısı sıçovullardır

Bakı. Trend:

Rusiya Nigeriyada "Lassa" qızdırmasının yayılması ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib. Trend-in məlumatına görə, bu ölkəyə səfər edənlərə diqqətli olmaq çağırışı edilib.

Belə ki, 2018-ci il avqust ayından 2019-cu il fevralın 3-ə qədər olan müddətdə ölkənin 19 ştatında 731 "Lassa"ya yoluxma faktı qeydə alınıb. Həmin hallardan 57 nəfər ölüb.

Qeyd edək ki, yüksək qızdırma ilə müşayiət olunan "Lassa" qızdırması nəfəs orqanlarının tıxanması, mərkəzi sinir sisteminin zədələnməsi, eləcə də böyrəklərin sıradan çıxması ilə ölümə səbəb ola bilir.

Xəstəliyin infeksiya yayıcısı isə Afrika sıçovulları hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti