...

Cənubi Koreyanın qırıcısı Sarı dənizə düşdü

Dünya xəbərləri Materials 27 Fevral 2019 09:39 (UTC +04:00)
Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcısı qəzaya uğrayıb.
Cənubi Koreyanın qırıcısı Sarı dənizə düşdü

Bakı. Trend:

Koreya Respublikası Hərbi Hava Qüvvələrinə məxsus KF-16 qırıcısı qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza təyyarə Sarı dəniz üzərində uçuş həyata keçirərkən baş verib.

Məlumata görə, göyərtədə olan hər iki pilot sağ qalıblar və xilas ediliblər.

Yerli vaxtla saat 12:13-də baş vermiş qəzanın səbəbləri isə hələ məlum deyil. Təyyarənin Kunsandakı bazadan havaya qalxdıqdan cəmi 3 dəqiqə sonra qəzaya uğradığı bildirilir.

Qəzanın səbəblərinin araşdırlması üçün qərargah yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti