...

İraqın şimalında əməliyyat - 2 türk hərbçisi həlak oldu

Dünya xəbərləri Materials 16 Mart 2019 16:13 (UTC +04:00)
İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilmiş əməliyyat zamanı 2 türk hərbçisi həlak olub
İraqın şimalında əməliyyat - 2 türk hərbçisi həlak oldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

İraqın şimalında PKK terror təşkilatına qarşı keçirilmiş əməliyyat zamanı 2 türk hərbçisi həlak olub.

Trend bu barədə Türkiyənin Milli Təhlükəsizlik Nazirliyinə istinadən məlumat verir.

Bundan başqa, əməliyyat zamanı daha 8 hərbçi yaralanıb.

Məlumata əsasən, Türkiyə ordu qüvvələri 6 terrorçunu zərərsizləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti