...

BVF Pakistana $6-8 mlrd. məbləğində maliyyə yardımı edəcək

Dünya xəbərləri Materials 16 Aprel 2019 00:29 (UTC +04:00)
Pakistan və Beynəlxalq Valyuta Fondu (BVF) İslamabada 6-8 milyard dollar məbləğində maliyyə yardımının edilməsi üzrə razılaşma imzalayacaqlar
BVF Pakistana $6-8 mlrd. məbləğində maliyyə yardımı edəcək

Bakı. Trend:

Pakistan və Beynəlxalq Valyuta Fondu (BVF) İslamabada 6-8 milyard dollar məbləğində maliyyə yardımının edilməsi üzrə razılaşma imzalayacaqlar.

Trend-in "Geo TV"yə istinadən verdiyi məlumata görə, bu barədə Pakistanın maliyyə naziri Əsəd Umar ölkənin Milli Məclisinin deputatları qarşısında çıxışı zamanı bildirib.

Ə.Umar deyib: "Pakistan BVF ilə 6-8 milyard dollar məbləğində maliyyə yardımı üzrə razılaşma imzalayacaqlar. Pakistanın nümayəndə heyətinin ABŞ-a səfəri zamanı BVF iki tərəfin nümayəndə heyətləri arasında danışıqlar zamanı Pakistan üçün yardım paketinin razılaşdırılmasını başa vurub. Razılaşma imzalanandan sonra Pakistan Dünya Bankı və Asiya İnkişaf Bankından vəsaiti alacaq".

Pakistan 1980-ci ildən BVF-yə dəfələrlə maliyyə yardımı üçün müraciət edib. Sonuncu dəfə isə 2013-cü ildə müraciət edilib və BVF Pakistana 6,6 milyard dollarlıq kredit ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti