...

Pakistanda DƏHŞƏT! Avtobusa hücum edib sərnişinləri güllələdilər

Dünya xəbərləri Materials 18 Aprel 2019 10:56 (UTC +04:00)
Pakistanda sərnişin avtobusuna silahlı hücum olub.
Pakistanda DƏHŞƏT! Avtobusa hücum edib sərnişinləri güllələdilər

Bakı. Trend:

Pakistanda sərnişin avtobusuna silahlı hücum olub.

Trend-in məlumatına görə, hadisə Bəlucistan vilayətində baş verib. Hücum nəticəsində 14 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, naməlum şəxslər avtobusu saxlayaraq sərnişinlərin sənədlərini yoxlayıb. Daha sonra isə sərnişinlərdən bəziləri avtobusdan düşürdülüb və güllələnib.

Hadisə ilə bağlı başqa faktlar açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti