...

Şri-Lankada terror aktları nəticəsində ölənlərin sayı 215-ə çatlıb (YENİLƏNİB-7)

Dünya xəbərləri Materials 21 Aprel 2019 19:57 (UTC +04:00)
Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib
Şri-Lankada terror aktları nəticəsində ölənlərin sayı 215-ə çatlıb (YENİLƏNİB-7)

İlk xəbər saat 09:16-da yayımlanıb

Bakı. Trend:

Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkiz partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində 215 nəfər həlak olub. Daha əvvəl 207 nəfərin öldüyü, 407 nəfərin yaralandığı bildirilirdi.

Bildirilir ki, ölənlər arasında azı 8 xarici ölkənin vətəndaşları olub.

Qeyd edək ki, ilk altı partlayış ölkənin paytaxtı Kolombo şəhərində yerləşən otellərdə və Kotexea, Neqombo və Battikaloa şəhərlərində yerləşən kilsələrdə törədilib. Yeddinci partlayış Dexivale şəhərində zoologiya bağı yaxınlığında, səkkizinci isə Demataqod şəhərində yaşayış kompleksinin ərazisində baş verib.

XXX

14:03

Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı səkkizinci partlayış törədilib.

Trend-in məlumatına görə, ilk altı partlayış ölkənin paytaxtı Kolombo şəhərində yerləşən otellərdə və Kotexea, Neqombo və Battikaloa şəhərlərində yerləşən kilsələrdə törədilib. Yeddinci partlayış Dexivale şəhərində zoologiya bağı yaxınlığında, səkkizinci isə Demataqod şəhərində yaşayış kompleksinin ərazisində baş verib.

Partlayışlar nəticəsində ölənlərin sayı 185-ə, yaralananların sayı isə təxminən 500 nəfərə çatıb.

XXX

13:09

Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində yerləşən otellərdə və kilsələrdə Pasxa bayramı zamanı 6 partlayış törədilib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində ölənlərin sayı 185-ə, yaralananların sayı isə təxminən 500 nəfərə çatıb.

XXX

11:14

Şri-Lankanın Kolombo şəhərində 3 oteldə və 1 kilsədə, o cümlədən Neqombo və Bettikaloa şəhərlərində kilsələrdə partlayışlar baş verib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində azı 160 nəfər həlak olub, 360 insan isə yaralanıb.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

XXX

10:19

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

Trend-in məlumatına görə, partlayışlar nəticəsində azı 52 nəfər həlak olub, 300-dən artıq insan isə yaralanıb.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

XXX

09:40

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 42 nəfər həlak olub.

XXX

09:23

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 1 oteldə, Neqombo şəhərində isə 2 kilsədə partlayışlar baş verib.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 20 nəfər həlak olub.

Partlayışların kimin tərəfindən törədildiyi barədə məlumat verilmir.

XXX

09:16

Şri-Lankanın paytaxtı Kolomboda 3 kilsə və 3 oteldə partlayış baş verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayışlar nəticəsində azı 80 nəfər xəsarət alıb.

Bildirilir ki, yaralılar xəstəxanalara yerləşdirilib.

Partlayışların digər təfərrüatları barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti