Bakı. Trend:
Səudiyyə Ərəbistanında mərkəzi neft kəməri pilotsuz uçuş aparatları tərəfindən hava hücumuna məruz qalıb.
Trend-in məlumatına görə, neft kəmərinin zədələnməsi barədə krallığın energetika, sənaye və mineral ehtiyatlar naziri Xaled əl-Faleh deyib.
Nazirin sözlərinə görə, hücum nəticəsində ölkənin şərqindən qərbinə neft nəql edən kəmərdə yanğın baş verib. Yanğın dərhal nəzarətə götürülüb.
"Saudi Aramco" milli şirkəti həmin yerdə işi dayandırıb.