Bakı. Trend:
ABŞ-ın Arkanzas ştatında helikopter qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində helikopterdə olan 4 nəfərdən 3-ü həlak olub, 1-i isə yaralanıb.
Bildirilir ki, insident axşam saatlarında baş verib, helikopter "Backwoods" musiqi festivalı keçirilən əraziyə düşüb.
Qəzanın səbəbi barədə məlumat verilmir.