...

Psixiatrik xəstəxanada yanğın - 6 nəfər öldü

Dünya xəbərləri Materials 11 İyun 2019 10:26 (UTC +04:00)

Bakı. Trend:

Odessada xəstəxanada yanğın baş verib.

Trend-in məlumatına görə, Ukraynanın fövqəladə hallar xidməti insident nəticəsində 6 nəfərin həlak olduğunu bildirib.

Məlumata görə, yanğın Suvorov rayonunda yerləşən 1 saylı psixiatrik xəstəxananın birmərtəbəli korpusunun damında başlayıb.

4 nəfər tüstüdən zəhərlənmə və yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti