...

Türkiyədə qayığın batması nəticəsində ölənlərin sayı 12-yə çatıb

Dünya xəbərləri Materials 18 İyun 2019 04:16 (UTC +04:00)

Bakı. Trend:

Ötən gün Türkiyə sahillərində miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 12-yə çatıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, daha əvvəl 8 nəfər öldüyü, 31 nəfərin isə xilas edildiyi bildirilirdi.

Bildirilir ki, xilasedicilər təxminən 32 metr dərinlikdən 12 nəfərin cəsədini çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edilir ki, axtarış-xilasetmə işləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti