...

Kambocada tikilməkdə olan bina çökdü - Dağıntılar altında qalanlar var

Dünya xəbərləri Materials 22 İyun 2019 09:59 (UTC +04:00)

Bakı. Trend:

Kambocanın cənub-qərbindəki Sianukvil şəhərində tikilməkdə olan bina çöküb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər həlak olub.

Daha 19 nəfərin xəsarət aldığı deyilir. Dağıntılar altında təxminən 30 nəfərin qala biləcəyi ehtimal olunur.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti