...

Etnanın oyanması Siciliyada reysləri ləngitdi

Dünya xəbərləri Materials 20 İyul 2019 15:38 (UTC +04:00)
İtaliyanın Siciliya adasında Etna vulkanında yaranan aktivlik Kataniya beynəlxalq aeroportunun işində problemlər yaradıb.
Etnanın oyanması Siciliyada reysləri ləngitdi

Bakı. Trend:

İtaliyanın Siciliya adasında Etna vulkanında yaranan aktivlik Kataniya beynəlxalq aeroportunun işində problemlər yaradıb.

Trend-in məlumatına görə, artıq iyulun 14-dən vulkanın kraterində oyanma olduğu bildirilir. Hətta lava qatının da yarandığı qeyd edilir.

Bununla belə, daha öncə Geofizika və Vulkanologiya İnstitutunun əməkdaşları durumun çox təhlükəli olmadığını bildirmişdilər, eyni zamanda vulkanın oyanmasının yaxınlıqdakı Kataniya aeroportunun işinə təsir etməyəcəyini də qeyd etmişdilər.

Aeroportda reyslərin ləngiməsi barədə sərnişinlərə xəbərdarlıq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti