...

Meksikada helikopter qəzası - Ölənlər var

Dünya xəbərləri Materials 25 İyul 2019 09:53 (UTC +04:00)
Meksikanın Miçoakan ştatında helikopter qəzaya uğrayıb
Meksikada helikopter qəzası - Ölənlər var

Bakı. Trend:

Meksikanın Miçoakan ştatında helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə ştatın qubernatoru Silvano Aureoles öz "Twitter" səhifəsində yazıb.

S.Aureoles bildirib: "Dərin hüznlə bildirirəm ki, qəzaya uğrayan helikopterdə ştatın polis əməkdaşı Xose Martin Qodoy Kastro, sosial sığorta sisteminin rəhbəri German Orteqa və iki pilot olub. Heç kim sağ qalmayıb".

Onun sözlərinə görə, qəzanın mümkün səbəblərindən biri hava şəraiti olub. Hazırda mütəxəssislər qəzanın dəqiq səbəbini araşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti