...

Türkiyədən suriyalı qaçqınlara sərt XƏBƏRDARLIQ

Dünya xəbərləri Materials 26 İyul 2019 10:58 (UTC +04:00)
Türkiyə Təhlükəsizlik Qüvvələri Suriyadan olan qaçqınların İstanbuldan deportasiya olunmalarına etiraz olaraq mitinq keçirmələrinə icazə verməyəcək.
Türkiyədən suriyalı qaçqınlara sərt XƏBƏRDARLIQ

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Təhlükəsizlik Qüvvələri Suriyadan olan qaçqınların İstanbuldan deportasiya olunmalarına etiraz olaraq mitinq keçirmələrinə icazə verməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

Nazir bildirib ki, suriyalı qaçqınlar Türkiyənin qanunlarına hörmətlə yanaşmalıdırlar.

Qeyd edək ki, ötən gün suriyalı qaçqınlar İstanbuldan çıxarılaraq qeydiyyat yerlərinə qaytarılmalarına etiraz olaraq mitinq keçirəcəkləri barədə fikirlər səsələndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti