...

Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 28 İyul 2019 17:30 (UTC +04:00)
Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb
Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

Gürcüstanda yük maşınının dərəyə aşması nəticəsində ölənlərin sayı 6-ya çatıb.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan fövqəladə halların idarə edilməsi üzrə xidmətindən bildiriblər.

Qeyd edilir ki, daha bir nəfərin meyiti Pşaveli-Omalo yolunda tapılıb:

"Xilasetmə işləri bu gündən etibarən yenidən başlayıb. Ağır texnika da cəlb edilib".

Qeyd edək ki, iyulun 27-də Gürcüstanda yük maşını 400 metr dərinliyində dərəyə aşıb.

Bildirilir ki, yük maşınında ümumilkdə 12 nəfər olub. Onlar Zemo Alvani kəndindən Omalo kəndinə gedirlərmiş.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti