...

Türkiyədə avtobus aşıb: 9 nəfər yaralanıb

Dünya xəbərləri Materials 31 İyul 2019 02:48 (UTC +04:00)
Türkiyənin Diyarbakır vilayətində mikroavtobus aşıb
Türkiyədə avtobus aşıb: 9 nəfər yaralanıb

Bakı. Trend:

Türkiyənin Diyarbakır vilayətində mikroavtobus aşıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 9 nəfər yaralanıb. Hadisə Diyarbakır-Bingöl şossesində baş verib.

Hadisə yerinə çox sayda jandarma və təcili yardım maşınları gəlib.

İlkin məlumatlara görə, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti