...

Tanzaniyada benzin daşıyan maşın partladı - 57 ölü

Dünya xəbərləri Materials 10 Avqust 2019 17:48 (UTC +04:00)
Tanzaniyanın şərqindəki Moroqoro şəhərində benzin daşıyan maşının partlaması nəticəsində 57 nəfər həlak olub
Tanzaniyada benzin daşıyan maşın partladı - 57 ölü

Bakı. Trend:

Tanzaniyanın şərqindəki Moroqoro şəhərində benzin daşıyan maşının partlaması nəticəsində 57 nəfər həlak olub.

Trend-in məlumatına görə, daha 65 nəfər yaralanıb.

Partlayış maşın aşdıqdan sonra baş verib. Qeyd olunur ki, həlak olanlar arasında yanacağın sızmasının qarşısını almaq üçün hadisə yerinə cəlb olunan xüsusi xidmət nümayəndələri də var.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti