...

Suriyada iki gün ərzində terrorçuların hücumu nəticəsində 23 hərbçi ölüb

Dünya xəbərləri Materials 12 Avqust 2019 04:19 (UTC +04:00)
Suriyada terrorçular iki gün ərzində bir neçə yaşayış məntəqəsinə hücum ediblər
Suriyada iki gün ərzində terrorçuların hücumu nəticəsində 23 hərbçi ölüb

Bakı. Trend:

Suriyada terrorçular iki gün ərzində bir neçə yaşayış məntəqəsinə hücum ediblər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terrorçuların hücumları nəticəsində 23 Suriya ordusunun hərbçisi həlak olub.

Bildirilir ki, avqustun 10-u terrorçular Sukayk-Açan yaşayış məntəqəsi, 11-i isə Murek-Açan yaşayış məntəqəsi istiqamətində hücum ediblər.

Qeyd edilir ki, terrorçuların bütün hücumlarının qarşısı alınıb və çox sayda terrorçu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti