...

Vitse-prezident: Türkiyə suriyalı qaçqınlar üçün Avropaya sərhədləri açmaq məsələsində blef etmir

Dünya xəbərləri Materials 6 Sentyabr 2019 16:04 (UTC +04:00)
Türkiyə suriyalı qaçqınlar üçün Avropa ilə sərhədlərin açılması məsələsində blef etmir.
Vitse-prezident: Türkiyə suriyalı qaçqınlar üçün Avropaya sərhədləri açmaq məsələsində blef etmir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə suriyalı qaçqınlar üçün Avropa ilə sərhədlərin açılması məsələsində blef etmir.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

O qeyd edib ki, Türkiyə Avropanın təhlükəsizliyi üçün suriyalı qaçqınları öz ərazisində məskunlaşdırmaq məcburiyyətində deyil.

Vitse-prezidentin sözlərinə görə, Türkiyə bundan sonra Avropaya getmək istəyən qaçqınların qarşısını almayacaq.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazır olduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti