Bakı. Trend:
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkəyə qayıtmaq fikrində olduğunu açıqlayıb. Trend-in məlumatına görə, o yaxın vaxtlarda qayıdacağını və Gürcüstanda dövlətçiliyi bərpa edəcəyini bəyan edib.
Qeyd edək ki, M.Saakaşvili və partiyası Gürcüstanda 9 il, 2012-ci il parlament seçkilərinə qədər hakimiyyətdə olub. 2013-cü ildə M.Saakaşvili Gürcüstanı tərk edib. Onun barəsində Gürcüstanda bir sıra cimayət işləri açılıb. Ölkə hökuməti dəfələrlə bəyan edib ki, M.Saakaşvili sərhədi keçdiyi anda həbs ediləcək.