...

Amerikalı idmançı 100 metrlik qaçış məsafəsi üzrə dünya çempionu olub

Dünya xəbərləri Materials 7 Oktyabr 2019 01:57 (UTC +04:00)

Bakı, Trend:

Amerikalı atlet Nia Ali dünya çempionatında maneələrlə olan 100 metrlik qaçış məsafəsində birinci yeri tutub.

Trend-in məlumatına görə, yarışlar Qətərin paytaxtında Doha şəhərində keçirilir.

Qeyd edək ki, 30 yaşlı idmançı 12,34 saniyə nəticə göstərib. İkinci yeri həmyerlisi Kendra Harrison (12.46) tutub, bürünc yeri isə Yamayka təmsilçisi Daniel Villiams (12.47) qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti