...

Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 21 Oktyabr 2019 05:32 (UTC +04:00)
Oktyabrın 21-i Kanadada 43-cü parlament seçkiləri keçiriləcək
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

Bakı. Trend:

Oktyabrın 21-i Kanadada 43-cü parlament seçkiləri keçiriləcək.

Trend-in məlumatına görə, ölkə sakinləri qarşıdakı dörd il ərzində kimin onların maraqlarını parlamentin aşağı palatasında - İcmalar Palatasında təmsil edəcəklərini müəyyənləşdirməlidirlər.

Qalib gələn partiyanın lideri Kanadanın Baş naziri vəzifəsini tutacaq.

Kanadanın Atlantik sahilində seçki məntəqələri yerli vaxtla saat 08:30-da açılacaq, səsvermə ölkənin Sakit okean sahillərində yerli vaxtla saat 19:00-da başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti