...

Şri-Lankada denge qızdırması "yandırıb-yaxır" - Ölənlər var

Dünya xəbərləri Materials 21 Oktyabr 2019 14:38 (UTC +04:00)
Şri-Lankada bu ilin əvvəlindən başlayaraq denge qızdırmasına yoluxanların sayı 55 min nəfəri keçib.
Şri-Lankada denge qızdırması "yandırıb-yaxır" - Ölənlər var

Bakı. Trend:

Şri-Lankada bu ilin əvvəlindən başlayaraq denge qızdırmasına yoluxanların sayı 55 min nəfəri keçib.

Trend-in məlumatına görə, bu müddət ərzində ölənlərin sayı 70 nəfərdən çox olub.

Bildirilir ki, təkcə paytaxt Kolombo və ətrafında dengeyə yoluxanların sayı 12 minə yaxın olub.

Ümumilikdə ölkənin beş əyalətində yüksək yoluxma riskinin mövcud olduğu qeyd edilir.

Qeyd edək ki, Banqladeşdə bu qızdırmadan ölənlərin sayı da 70-i keçib. Eləcə də Filippin və Sinqapurda da ölüm halları qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti