...

İranda naməlum PUA qəzaya uğrayıb

Dünya xəbərləri Materials 23 Oktyabr 2019 19:45 (UTC +04:00)
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində naməlum pilotsuz uçan aparat (PUA) qəzaya uğrayıb.
İranda naməlum PUA qəzaya uğrayıb

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində naməlum pilotsuz uçan aparat (PUA) qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin Şuştər rayonunun qubernatoru Hüseyn Pənbədanə deyib.

H.Pənbədanənin sözlərinə görə, rayonun ətrafında qəzaya uğrayan PUA-nın İrana və ya xarici ölkəyə məxsus olması bəlli deyil.

Hazırda PUA rayonun hüquq-mühafizə orqanına aparılıb və orada mütəxəssislər tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti