Bakı. Trend:
Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri İssyu Sugavara istefa verib.
Trend-in məlumata görə, nazir seçicilərə xırda rüşvət təkliflərində ittiham olunur.
Belə ki, hələ 2007-ci ildə nazir seçkiöncəsi qərargahda səs qazanmaq üçün qovun və xərçəng paylamaqda günahlandırılır.
Qeyd edək ki, bu məhsullar Yaponiyada delikates sayılır.