...

Fransada yük maşının soyuducunda səkkiz miqrant tapılıb

Dünya xəbərləri Materials 28 Oktyabr 2019 00:23 (UTC +04:00)
Fransanın şimal-qərbində Kale limanının gömrükçüləri, yük maşının soyuducunda axtarış apararkən, dörd uşaq da daxil olmaqla, səkkiz migrant aşkar ediblər
Fransada yük maşının soyuducunda səkkiz miqrant tapılıb

Bakı, Trend:

Fransanın şimal-qərbində Kale limanının gömrükçüləri, yük maşının soyuducunda axtarış apararkən, dörd uşaq da daxil olmaqla, səkkiz migrant aşkar ediblər.

Trend-in məlumatına görə, hipotermiyadan əziyyət çəksələr də hamısı sağ qalmağı bacarıb. Xilasetmə xidməti migrantların hipotermiyadan yüngül şəkildə təsirləndiyini bildirdi. İlk tibbi yardım göstərilib. Soyuducuda temperatur mənfi yeddi dərəcə idi.

Qeyd edək ki, miqrantlar əfqan olduğunu iddia edirlər. Onların yerləşdikləri gizli bölmə yük maşınının arxasına yerləşdirilib. Yük maşınının sürücüləri iki Rumıniya vətəndaşıdır, ikisi də nəzarət altındadırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti