Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şimal-şərqindəki Siirt vilayətində xəstəxanada yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə ilə əlaqədar həkimlər və xəstələr təxliyə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, bir müddət sonra yanğının qarşısı alınıb.
İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanma nəticəsində baş verib.