Bakı. Trend:
Avropanın 20-yə yaxın bankı yeni ödəniş sisteminin yaradılması üzərində işləyir.
Trend-in məlumatına görə, bu addım ABŞ-ın “Visa” və “MasterCard” sistemlərindən imtina etməyə imkan verəcək.
Qeyd olunur ki, yeni sistemin adı “Ümum-Avropa Ödəniş Sistemi Təşəbbüsü” (Pan-European Payment System Initiative – PEPSI) olacaq.
Bu təşəbbüsün yaradılması hələ 2017-ci ildə ortaya atılmışdı. Avropa Mərkəzi Bankı qitə ərazisində ödənişlərin ABŞ sistemlərindən asılılığını azaltmaq üçün bu fikri təklif etmişdi.
Hazırda yeni sistemin nə vaxta hazır olacağı barədə təfərrüatlar məlum deyil.