...

SON DƏQİQƏ! Bosniya da silkələndi

Dünya xəbərləri Materials 26 Noyabr 2019 14:07 (UTC +04:00)
Bosniya və Herseqovinada Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ olub
SON DƏQİQƏ! Bosniya da silkələndi

Bakı. Trend:

Bosniya və Herseqovinada Rixter cədvəli ilə 5,4 bal gücündə zəlzələ olub.

Trend-in məlumatına görə, yeraltı təkanlar paytaxt Sarayevodan 75 kilometr cənubda qeydə alınıb.

Episentr yerin 10 kilometr dərinliyində olub.

Zəlzələ nəticəsində itki və ya fəsadların olması barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, səhər saatlarında Albaniyada 6,4 bal gücündə zəlzələ baş verib, 7 nəfər həlak olub, yüzlərlə sakin xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti