...

Naməlum təyyarələr İranın hərbi düşərgəsinə hava zərbələri endirib

Dünya xəbərləri Materials 8 Dekabr 2019 17:45 (UTC +04:00)
Suriyanın şimal-şərqində yerləşən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi düşərgəsinə naməlum təyyarələr tərəfindən hava zərbələri endirilib
Naməlum təyyarələr İranın hərbi düşərgəsinə hava zərbələri endirib

Bakı. Trend:

Suriyanın şimal-şərqində yerləşən İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi düşərgəsinə naməlum təyyarələr tərəfindən hava zərbələri endirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində azı 5 hərbçi həlak olub, bir neçə nəfər yaralanıb.

Bildirilir ki, zərbələr İsrail Hərbi Hava Qüvvələri tərəfindən endirilmiş ola bilər.

İslam İnqilabı Keşikçiləri Korpusu bu məlumatı hələki şərh etməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti