Bakı. Trend:
Koreya Respublikasının Kvancu şəhərində yerləşən motellərdən birində yanğın baş verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yanğın nəticəsində1 nəfər həlak olub, az 28 nəfər isə xəsarət alıb.
Bildirilir ki, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Məlumata əsasən, moteli yandırmaqda şübhəli bilinən 39 yaşlı şəxs polislər tərəfindən saxlanılıb.