...

İranda zəlzələ oldu: 5,2 bal

Dünya xəbərləri Materials 23 Yanvar 2020 03:25 (UTC +04:00)
İranın Hormozqan vilayətində 5,2 bal gücündə zəlzələ baş verib
İranda zəlzələ oldu: 5,2 bal

Bakı. Trend:

İranın Hormozqan vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 22:53-də 21 kilometr dərinlikdə qeyd alınıb. Yeraltı təkanların episentri Sarqaz kəndindən 26 kilometr məsafədə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti