...

Pakistan Çinə aviareysləri bərpa edib

Dünya xəbərləri Materials 3 Fevral 2020 21:53 (UTC +04:00)

Bakı. Trend:

Pakistan hökuməti yeni növ koronavirusun yayılması səbəbiylə Çinə qadağan edilən uçuşları bərpa edib.

Trend-in məlumatına görə, bu barədə Aviasiya Nazirinin müavini Əbdül Səttar Xoxar bildirib.

Qeyd edək ki, uçuşlar yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirusu beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etdiyindən sonra dayandırılıb.

Xatırladaq ki, Çində ötən ilin dekabrından 2019-nCoV koronavirusu yayılmağa başlayıb.

Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti