...

Tailandda atışmada ölənlərin sayı 20 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 8 Fevral 2020 21:11 (UTC +04:00)
Tailandın Nakhonratçasima şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 20 nəfərə, yaralananların sayı isə 21 nəfərə çatıb
Tailandda atışmada ölənlərin sayı 20 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

İlk xəbər saat 19:02-də yayımlanıb

Bakı. Trend:

Tailandın Nakhonratçasima şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 20 nəfərə, yaralananların sayı isə 21 nəfərə çatıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Tailandın Müdafiə Nazirliyinin mətbuat katibi bildirib.

Xatırladaq ki, Tailandın Nakhonratçasima şəhərində hərbi düşərgədə hərbçilərdən biri öz komandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini "Facebook" vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun "Facebook səhifəsi bağlanıb.

Məlumata əsasən, hazırda cinayətkar "Terminal-21" ticarət mərkəzinin 4-cü mərtəbəsində 16 nəfəri girov götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ordu ilə birlikdə cinayətkarı saxlamaq üçün əməliyyat keçirirlər.

XXX

19:02

Tailandın Nakhonratçasima şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, hərbi düşərgədə hərbçilərdən biri öz kamandirini və daha iki nəfəri güllələyərək oğurluq avtomobildə hadisə yerindən qaçıb.

Daha sonra ticarət mərkəzi istiqamətində hərəkət edən cinayətkar qarşısına çıxan insanlara atəş açıb və öz hərəkətlərini "Facebook" vasitəsi ilə canlı yayımlayıb. Bir müddət sonra onun "Facebook səhifəsi bağlanıb.

Qeyd edilir ki, hadisə nəticəsində 17 nəfər həlak olub, 14 nəfər isə yaralanıb.

Məlumata əsasən, hazırda cinayətkar "Terminal-21" ticarət mərkəzinin 4-cü mərtəbəsində 16 nəfəri girov götürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ordu ilə birlikdə cinayətkarı saxlamaq üçün əməliyyat keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti