...

Tailandda atışma baş verən ticarət mərkəzində partlayışlar baş verib

Dünya xəbərləri Materials 9 Fevral 2020 03:53 (UTC +04:00)
Tailandın Nakhonratçasima şəhərində 20-dən artıq insanı qətlə yetirən silahlı əsgərin gizləndiyi ticarət mərkəzində bir neçə partlayış baş verib
Tailandda atışma baş verən ticarət mərkəzində partlayışlar baş verib

Bakı. Trend:

Tailandın Nakhonratçasima şəhərində 20-dən artıq insanı qətlə yetirən silahlı əsgərin gizləndiyi ticarət mərkəzində bir neçə partlayış baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin ərazisində atışmalar da davam edir.

Daha əvvəl "Spring News" xəbər verib ki, yaxın zamanda hüquq-mühafizə orqanları cinayətkarın zərərsizləşdirilməsi üzrə daha bir əməliyyat keçirməyə hazırlaşırlar.

Eyni zamanda ölkənin Səhiyyə Nazirliyi daha əvvəl həyata keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələrinin bir əməkdaşının həlak olduğunu, ikisinin isə yaralandığını təsdiq edib.

Qeyd edək ki, ötən gün silahlı əsgər Tailandın Nakhonratçasima şəhərində "Terminal 21" ticarət mərkəzinin ərazisində insanlara atəş açıb. İnsident nəticəsində azı 20 nəfər həlak olub, 31 nəfər isə yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti