...

İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb

Dünya xəbərləri Materials 23 Fevral 2020 16:10 (UTC +04:00)
İranın şimal-qərbində Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ nəticəsində 75 nəfər yaralanıb
İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-qərbində Türkiyə ilə sərhəddə yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində zəlzələ nəticəsində 75 nəfər yaralanıb və yaralıların qəbulu davam edir.

Trend-in məlumatına görə, bunu İranın Xoy Təcili Yardım İdarəsinin direktoru Muctaba Qomri Əsl deyib.

İdarə rəsmisi yaralıların qəbulunun davam etdiyini deyib.

Qomri Əsl əlavə edib ki, yaralıların əksəriyyəti evə buraxılıb. 6 nəfər xəstəxanalarda müalicə alır.

Qeyd edək ki, bu gün səhər İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində yerli vaxtla saat 09:22-də 5,7 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti