Bakı. Trend:
İsrailin ordusu Suriyada və Qəzza zolağında "İslam cihadı" qruplaşmasının mövqelərinə hava zərbələri endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "İsrail Müdafi Ordusu Suriayda və Qəzza zolağında "İslam cihadı" terror qruplaşmasının mövqelərinə zərbələr endirib".
Qeyd edilir ki, zərbələr daha əvvəl İsrail ərazisi istiqamətində buraxılan raketlərə cavab olaraq həyata keçirilib.
Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisi istiqamətində 21 raket buraxılıb. Raketlərdən 13-ü "Dəmir günbəz" raket hücumundan müdafiə sistemi ilə məhv edilib.
XXX
02:09
İsrailin ordusu Qəzza zolağında "İslam cihadı" qruplaşmasının mövqelərinə hava zərbələr endirir.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.
Məlumatda deyilir: "İsrail Müdafi Ordusu hazırda Qəzza zolağında "İslam cihadı"nın mövqelərinə zərbələr endirir".
Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisi istiqamətində 21 raket buraxılıb. Raketlərdən 13-ü "Dəmir günbəz" raket hücumundan müdafiə sistemi ilə məhv edilib.