...

Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

Dünya xəbərləri Materials 28 Fevral 2020 13:08 (UTC +04:00)
Türkiyədə məskunlaşmış suriyalı qaçqınlar ölkənin Avropa sərhədlərinə yaxınlaşıb
Türkiyədəki suriyalı qaçqınlar Avropa sərhədlərinə yaxınlaşıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə məskunlaşmış suriyalı qaçqınlar ölkənin Avropa sərhədlərinə yaxınlaşıb.

Trend-in məlumatına görə, sərhədyanı rayonlarda 2 mindən çox qaçqın toplanıb.

Bundan başqa, Avropaya dəniz yolu ilə getməyə çalışanlar Çanaqqala vilayətinə gəlirlər.

Qeyd olunur ki, Türkiyə hökuməti quru və ya dəniz yolu ilə Avropaya keçmək istəyən qaçqınların qarşısını almayacağını bildirib.

Daha əvvəl ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın qaçqınlar üçün Avropaya qapıları açacağını demişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti