...

ÜST: Dünya ölkələri koronavirusun inkişaf trayektoriyasını dəyişə bilər

Dünya xəbərləri Materials 6 Mart 2020 16:03 (UTC +04:00)

Bakı. Trend:

Dünya ölkələri koronavirus epidemiyasının inkişaf trayektoriyasını dəyişə bilər.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus gündəlik brifinq zamanı deyib.

O bildirib ki, ÜST virusun yayılması məsələsində ümidverici əlamətlər görür:

“Bəzi ölkələr çoxlu sayda yoluxma barədə məlumat versələr də, 115 ölkədə ümumiyyətlə yoluxan olmayıb. Son iki həftə ərzində 21 ölkədə yalnız 1 yoluxma qeydə alınıb, 5 ölkədə isə yoluxan olmayıb”.

Baş direktor əlavə edib ki, epidemiyanı kollektiv səylər nəticəsində dayandırmaq olar:

“Əgər bütün ölkələr addım atsa, bu epidemiyanın trayektoriyasını dəyişmək olar”.

Onun sözlərinə görə, şayiələr və dezinformasiya ilə mübarizə bu virusla mübarizənin vacib hissəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti