Bakı. Trend:
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) bütün tədbirləri və əməkdaşlarının ezamiyyətlərini qeyri-müəyyən müddətədək təxirə salıb.
Trend-in məlumatına görə, bu qərar koronavirus təhlükəsi ilə əlaqədar verilib.
Qeyd olunur ki, AŞ PA-nın iclasları, eləcə də qurumun alt komitələrinin tədbirləri təxirə salınan tədbirlər sırasında yer alıb.
Bundan əvvəl Avropa Şurasının Venesiya Komissiyasının iclasları təxirə salınmışdı.