...

Gürcüstanda bütün əhali koronavirus testindən keçirilə bilər

Dünya xəbərləri Materials 18 Mart 2020 15:39 (UTC +04:00)
Gürcüstanda əhalinin koronavirus testləri keçirilə bilər
Gürcüstanda bütün əhali koronavirus testindən keçirilə bilər

Bakı. Tamilla Məmmədova - Trend:

Gürcüstanda bütün əhali koronavirus testindən keçirilə bilər.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Yekaterina Tikaradze deyib.

O bildirib ki, bu testlər yoluxmanı ilkin mərhələlərdə aşkar etməyə imkan verəcək.

Nazir bildirib ki, testlərin aparılması üçün Cənubi Koreyanın təcrübəsindən istifadə olunacaq və hazırda bu ölkə ilə, eləcə də Çinlə danışıqlar aparılır.

Qeyd edək ki, bu günədək Gürcüstanda koronavirusa 38 nəfərin yoluxduğu təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti