...

Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb

Dünya xəbərləri Materials 20 Mart 2020 23:41 (UTC +04:00)
Facebook və Instagram sosial şəbəkələrinin, həmçinin WhatsApp messencerinin işində problemlər bir sıra ölkələrdə müşahidə olunur
Facebook, Instagram və WhatsApp-ın işində problemlər yaranıb

Bakı. Trend:

Facebook və Instagram sosial şəbəkələrinin, həmçinin WhatsApp messencerinin işində problemlər bir sıra ölkələrdə müşahidə olunur.

Trend-in məlumatına görə, bu barədə populyar İnternet resurslarının işini izləyən Downdetector xidmətinin saytında məlumat verilib.

Nasazlıqlar ABŞ-ın şərq sahillərinin vaxtı ilə saat 14:48-də müşahidə olunmağa başlayıb. Ən çox şikayətlər ABŞ (xüsusən Florida ştatında), eləcə də Mərkəzi Amerikada yaşayan istifadəçilərdən gəlir.

Avropalı istifadəçiləri də bəzi nasazlıqlar barədə bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti