Bakı. Trend:
Türkiyənin "Turkish Airlines" aviaşirkəti yeni növ koronavirus (COVİD-19) səbəbilə 5 şəhər istisna olmaqla bütün beynəlxalq reyslərini dayandırır.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində aviaşirkətin baş direktoru Bilal Ekşi yazıb.
B.Ekşi bildirib: "Martın 27-dən aprelin 17-dək Honqkonq, Moskva, Əddis-Əbəbə, Nyu-York və Vaşinqton istisna olmaqla bütün xarici uçuşlarımızı dayandırırıq. Yük daşımaları davam etdiriləcək".
Onun sözlərinə görə, ölkədaxili aviareyslər də həyata keçiriləcək, lakin onların sayı azaldılacaq.
Xatırladaq ki, son məlumatlara əsasən, Türkiyədə yeni növ koronavirusa 947 nəfər yoluxub. Koronavirusdan ölənlərin sayı 21 nəfər təşkil edir.