...

İranda 35 günlük körpə koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 29 Mart 2020 11:22 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu İranın Qonabad Tibb Elmləri Universitetinin rektoru Cavad Bazeli Tasnim informasiya agentliyinə açıqlamasında deyib.
İranda 35 günlük körpə koronavirusa yoluxdu

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Qonabad rayonunda 35 günlük körpə koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Qonabad Tibb Elmləri Universitetinin rektoru Cavad Bazeli Tasnim informasiya agentliyinə açıqlamasında deyib.

C.Bazelinin sözlərinə görə, valideynləri körpədə tənəffüs sistemində simptomların olması ilə xəstəxanaya gətiriblər. Şübhəli vəziyyət olduğu üçün koronavirusla əlaqədar analiz götürülüb və nəticə pozitiv olub.

Bazeli əlavə edib ki, bu yaşda virusa yoluxma halı nadir hallardandır və körpənin vəziyyəti yaxşıdır.

İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək 35 408 nəfərin yeni koronavirusa yoluxduğunu, 2 507 nəfərin öldüyünü və 11 679 nəfərin sağaldığını təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti