...

Çində pandemiya qurbanlarının xatirəsi sükutla yad edilib

Dünya xəbərləri Materials 4 Aprel 2020 08:37 (UTC +04:00)

Bakı. Trend:

Çin sakinləri və ölkədə yaşayan əcnəbilər şənbə günü koronavirus qurbanlarının və pandemiya ilə mübarizə zamanı başqalarının həyatını xilas edərək həlak olanların xatirəsini sükutla yad ediblər.

Trend-in Tass-a istinadən verdiyi məlumata görə, 3 dəqiqə davam edən anımda Çinin başçısı Si Tzinpinda olmaqla bütün ölkə iştirak edib.

Yerli vaxtla saat 10:00-da sirena səsləndirilib. Çin Kommunist Partiyasının və dövlət qurumlarının iştirak edən üzvləri dərin kədər əlaməti olaraq başlarını əydilər.

Aprelin 4-dü ÇXR-də ümummilli matəm elan edilib, bütün ictimai əyləncəli tədbirlər qadağan edilib. Çinin əksər idarələrinin və dövlət qurumlarının saytlarının, eləcə də milli KİV-in əsas səhifələrindəki görüntülər sutka ərzində ağ-qara rejimə keçirilib. Ölkə ərazisində, o cümlədən diplomatik missiyaların ərazilərində bayraqlar salınıb.

Rəsmi məlumatlara görə, ölkədə 3,3 mindən çox COVİD-19 virusuna yoluxan sakin vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti