...

Fransada karantin rejiminin müddəti uzadılır

Dünya xəbərləri Materials 14 Aprel 2020 01:35 (UTC +04:00)
Fransada karantin rejiminin müddəti uzadılır

Bakı. Trend:

Fransada koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində tətbiq edilən karantin rejimi mayın 11-ə kimi uzadılır.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emanuel Makron xalqa müraciəti zamanı bildirib.

"Biz səylərimizi davam etdirməliyik və qaydalara əməl etməliyik. Buna görə sərt özünü təcrid rejimi 11 May, bazar ertəsi gününə qədər davam etməlidir", - prezident deyib.

E.Makron mayın 11-dən etibarən ölkədə uşaq bağçaları, məktəb və liseylərin açılacağını söyləyib. Bununla belə, kütləvi tədbirlər ən azı iyulun ortalarına qədər keçirilməyəcək. Fransanın Avropadan xarici ölkələrlə sərhədləri qeyri-müəyyən vaxta qədər bağlı qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti