...

Kanadada kiçik təyyarə avtomobil yoluna qəza enişi etdi (VİDEO)

Dünya xəbərləri Materials 17 Aprel 2020 05:18 (UTC +04:00)
Kanadada kiçik təyyarə avtomobil yoluna qəza enişi etdi (VİDEO)

Bakı. Trend:

Kanadanın Kvebek əyalətində tək mühərrikli kiçik təyyarə magistral avtomobil yoluna qəza enişi edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, "Piper PA-28 Cherokee" təyyarəsi yerli hava limanından bir neçə kilometr məsafədə problemlərlə üzləşib. Pilot təyyarəni ən yaxın yola endirməyi qərara alıb.

Eniş zamanı heç kim xəsarət almayıb, lakin avtomobil yolu təxminən bir saatlıq bağlanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər və təhliyə maşınları təyyarəni yoldan kənara çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti